Our website is made possible by displaying online advertisements to our visitors.
Please consider supporting us by disabling your ad blocker.

Responsive image


Likopen

Son zamanlar oturaq və stressli şəhər həyat tərzinin hökm sürməsi, düzgün olmayan qidalanma nəticə etibarilə orqanizmdə müxtəlif səpkili pozğunluqların geniş vüsət almasına yol açır.

Qeyd edilən faktorların təsiri nəticəsində qan dövranı sabitliyinin pozulması baş verir ki, nəticədə orqanizmdə maddələr mübadiləsi ləngiyir, hüceyrələr passivləşir və orqanizmin erkən yaşlanması baş verir. Yaşlanmanın normal proses olmasına baxmayaraq, erkən yaşlanma arzuedilməzdir. Bəs bu problemlərdən çıxış yolu varmı?

Kuopio Universitetində aparılmış tədqiqatlar sayəsində aydın olmuşdur ki, bütün bəlalardan ən optimal çıxış yolu likopen adlanan antioksidləşdirici maddədir. Orqanizmdə kifayət qədər likopen olmadıqda ürək – damar xəstəlikləri aktivləşir. Təəəsüf ki likopen orqanizmdə sərbəst şəkildə mövcud deyildir. Likopenin mənbəyi isə pomidorlardır. Ən maraqlısı isə budur ki, likopenin mənbəyi təkcə təzə pomidorlar deyil, həmçinin onlardan hazırlanan müxtəlif tomat məhsullarıdır. Lakin vaxtında lazımınca pomidorun qidaya daxil edilməsi bu problemdən ən uğurlu çıxış vasitəsidir . Nəticə etibarilə gün ərzində qida rasionuna 200-500 q pomidor, 500 q tomat şirəsi, 200 q tomat pastasının daxil edilməsi çox vacibdir .

Likopen – bir çox qırmızı və narıncı bitkilərin tərbində olur. Likopenin insan orqanizmində əsas funksiyası antioksidant effektdir. Oksidativ stressin azalması hesabına aterosklerozun qarşısını alır və DNT-nin müdafiəsini təmin edir. İmmuniteti möhkəmləndirir, qocalmanınn qarşısını alır, prostat vəzin funksiyalarını normallaşdırır. Kişi və qadınlarda cinsiyyət sisteminin normal funksiyalarını təmin edir.


Previous Page Next Page






Likopeen AF ليكوبين Arabic لیکوپن AZB Ликопен Bulgarian Likopen BS Licopè Catalan Lykopen Czech Lycopin German Λυκοπένιο Greek Lycopene English

Responsive image

Responsive image