Our website is made possible by displaying online advertisements to our visitors.
Please consider supporting us by disabling your ad blocker.

Responsive image


Qarqoyl

Parisdə Sant-Severin kilsəsinin kluatrına baxan qarqoyllar

Qarqoyllar (fr. gargouille) ― latın dilində olan garg (boğaz) və qədim fransız dilində olan goule (qulyabanı) sözlərinin birləşməsindən yaranmışdır.[1] Qarqoyl memarlıq növü sayılır və yağış suyunu divardan müəyyən bir aralığa boşaltmaq məqsədilə novun bir hissəsini təşkil edir. Bu heykəl növü adətən daşdan olurdu, qrotesk, romanqotik memarlıqlarında heyvan və insan kimi təsvir edilirdi.

Metonimiyaya görə belə fiqurlar suyu xaric edirdilər və əksər hallarda vahiməli bir heyvanı təmsil edirdilər. Buna görə də onlar yunan məbədlərində, maskaronlardafontanlarda təmsil olunurlar. Qarqoyllar xaric etmə funksiyasına malik olmayan və çox vaxt sadəcə pinaklkontrforsların yanında bəzək üçün inşa edilən ximeralardan fərqlənirlər.

Başqa bir yerdə qarqoyl əfsanə səbəbi ilə yaradılmışdı. Bu əfsanə Ruan yepiskopu olan müqəddəs Romanın əjdahanı məğlub etməsi əfsanəsi idi.[2]

  1. Alain Rey (dir.), Dictionnaire étymologique de la langue française, Paris, Le Robert, 2014, "Gargouilles"
  2. Édouard Charton, Magasin pittoresque, p. 274, 1855.

Previous Page Next Page






غرغول Arabic গাৰ্গয়্‌ল AS Гаргулья BE Водоливник Bulgarian Gargoul BR Gàrgola Catalan Chrlič Czech Gargoil CY Gargoil Danish Wasserspeier German

Responsive image

Responsive image