Qarqoyllar (fr. gargouille) ― latın dilində olan garg (boğaz) və qədim fransız dilində olan goule (qulyabanı) sözlərinin birləşməsindən yaranmışdır.[1] Qarqoyl memarlıq növü sayılır və yağış suyunu divardan müəyyən bir aralığa boşaltmaq məqsədilə novun bir hissəsini təşkil edir. Bu heykəl növü adətən daşdan olurdu, qrotesk, roman və qotik memarlıqlarında heyvan və insan kimi təsvir edilirdi.
Metonimiyaya görə belə fiqurlar suyu xaric edirdilər və əksər hallarda vahiməli bir heyvanı təmsil edirdilər. Buna görə də onlar yunan məbədlərində, maskaronlarda və fontanlarda təmsil olunurlar. Qarqoyllar xaric etmə funksiyasına malik olmayan və çox vaxt sadəcə pinakl və kontrforsların yanında bəzək üçün inşa edilən ximeralardan fərqlənirlər.
Başqa bir yerdə qarqoyl əfsanə səbəbi ilə yaradılmışdı. Bu əfsanə Ruan yepiskopu olan müqəddəs Romanın əjdahanı məğlub etməsi əfsanəsi idi.[2]